İsmin mənsubiyyətə və şəxsə görə dəyişməsi

Dilimizdəki isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:

Tək

Cəm

Şəkilçilər və nümunələr

Şəkilçilər və nümunələr

I-şəxs

-m, -ım, ata+m, ütü+m, bağ+ım, ev-im, top-um, üzüm-ün

-mız, -ımız4; ata+mız, ütü+müz, bağ-ımız, ev+imiz, top+umuz, üzüm+ümüz

II-şəxs

-n, -ın, ata+n, ütü+n, bağ+ın, ev+in, top+un, üzüm-ün

-nız4, -ınız4; ata+nız, ütü+nüz, bağ+ınız, ev+iniz, top+unuz, üzüm+ünüz

III-şəxs

-ı4 –sı4; ata+sı, ütü+sü, bag+ı, ev+i, top+u, üzüm+ü

-ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+i, top+u, üzüm+ü

Ardı →

Mənsubiyyət kateqoriyası

Mənsubiyyət kateqoriyası hər hansı bir şəxsin, əşyanın və ya hadisənin başqa bir şəxsə, əşyaya və ya hadisəyə mənsubiyyət münasibətini bildirir.
Türk və Azərbaycan dillərində mənsubiyyət şəkilçiləri eynidir. Bunlar aşağıdakılardır.

a) Sonu samitlə bitən sözlər üçün.

tək

cəm

1-ci şəxs: -ım, -im, -um, -üm;

-ımız, -imiz, -umuz, -ünüz;

2-ci şəxs: -ın, -in, -un, -ün;

-ınız, -iniz, -unuz, -ünüz;

3-cü şəxs: -ı, -i, -u, -ü;

— (lar)ı, -(ler)i.

Ardı →

Tək və cəm isimlər

İsimlər kəmiyyət baxımından tək və cəm olur. İsmin ifadə etdiyi əşya iki və ya daha artıq olsa, o zaman –lar2 şəkilçisi qəbul edir. İsimlərin tək və ya cəm olması: şəhər-şəhərlər, odun-odunlar, maşın-maşınlar və s.
Cəmlənmək daha çox ümumi isimlərə aiddir.İsimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul etmir.
Bəzən xüsusi isimlər də cəm şəkilçisi qəbul edir:
Öldü Balaşları öldürən əsgər,
Öldü Gülüşləri güldürən əsgər. (M.Müşfiq)

Ardı →

ismin mənsubiyyətə görə dəyişməsi